"Kiməsə nəyisə sübut etməyə gücüm yoxdur"

ŞOU-BİZNES 30 yanvar 2025, 18:49
Əməkdar artist Vasif Məhərrəmli tənqidlərə cavab verib.

Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" proqramında heç bir tənqidə əhəmiyyət vermədiyini deyib.

"Yaşımızın elə həddindəyik ki, nə etdiksə etdik. Xoşa gəldiklərimizin xoşuna gəldik. Kimsə niyə bizə nifrət etsin ki? Xoşu gəlmir, rəğbəti yoxdur. Adam var ki, ancaq Lusiano Pavarottiyə qulaq asır, başqa heç kimə. Təbii ki, səni bəyənməyəcək. Bundan sonra bizim kiməsə nəyisə sübut etməyə nə gücümüz, nə halımız var. Sübut etdiyimizi etdik, yaşadığımızı yaşadıq".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top