Bir müddət öncə müğənni İntiqam Kərimov həmkarı Vəfa Şərifovanın “Dilbərim”i oxumağını tərifləyərək “Heç bir opera müğənnisi bunu belə təmiz ifa etmir”, - deyə bildirib.
Demokrat.az xəbər verir ki, müğənni bu sözlərinə görə sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.
Onu tənqid edənlərdən biri də klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu olub: “Onun belə danışmağı düzgün deyil. İntiqam müəllim, siz bu günə kimi nə oxumusunuz? Siz Aygün Bəylər, Elçin Cəlilovun müəllimi olsanız, nə edərdiniz? Onların bir faizini oxumursunuz... O ki qaldı opera ifaçılarına...”
İntiqam Kərimovun cavabı isə gecikməyib. “Gün ortası” verilişinə zəng edən müğənni deyib: “Hansısa tütək, klarnet çalan sənətimə qiymət verə bilməz. Heç onu tanımıram. Mən “Sevil”, “Balaş” oxumuşam”.
Daha sonra Hüseyn verilişə telefonla bağlanaraq bu sözləri söyləyib: “Böyük Məşədi Məhəmmədin oğluyam. Rafiq Babayevlə 4 ifası İntiqam Kərimovun bütün həyat və yaradıcılığından artıqdır. O ki qaldı savada, 3 diplomum var, magistraturanı bitirmişəm. Hansısa restoranda yox, Londonda salonda konsert vermişəm”.