YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Hər gün bir alma yesəniz, orqanizmdə nə dəyişəcək?

Hər gün bir alma yesəniz, orqanizmdə nə dəyişəcək?

Hər gün bir alma yemək bağırsaqların fəaliyyətindən ürək-damar sağlamlığına qədər bir sıra müsbət təsirlərlə əlaqələndirilir.

Dietoloq Durval Ribas Filho bildirib ki, almanın tərkibindəki liflər bağırsaqların normal fəaliyyətini dəstəkləyir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. .

Bu barədə "Terra" nəşri məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, alma antioksidantlarla zəngin olduğu üçün orqanizmin hüceyrələrini qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə də kömək edə bilər.

Bu meyvənin digər mümkün faydaları arasında immun sisteminin fəaliyyətinə dəstək, çəkinin idarə olunması, yaraların sağalması və kollagenin yaranması prosesində iştirak da var.

Bununla belə, dietoloq vurğulayıb ki, heç bir qida məhsulu xəstəliklərdən tam qorunmağa zəmanət vermir. Buna görə də almanın faydaları sağlam və balanslı qidalanmanın bir hissəsi kimi qiymətləndirilməlidir.

Mütəxəssis almanı təzə halda yeməyi və ya sobada bişirməyi tövsiyə edib. Onun fikrincə, alma şirəsi meyvənin özü qədər faydalı seçim deyil.

Editor
Redaktor