"Meymunçiçəyi virusu həm heyvanlarda, həm də insanlarda xəstəlik törədir. Virus çiçək virusu ailəsinə aiddir. Həmin kateqoriyaya dünyanın 4 karantin virusundan olan təbii çiçək virusu, suçiçəyi kimi xəstəliklər aiddir. Meymunçiçəyi virusu çiçək virusu qrupuna aid olduğu üçün dəridə xarakterik səpkilər, sarımtıl maye ilə dolu qabarlar əmələ gəlir".
Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib.
"Bununla yanaşı virus bütün intoksikasiya əlamətlərini də özündə daşıyır. Baş ağrısı, bel ağrısı, ümumi halsızlıq, qızdırma halları olur. Virusa yoluxan zaman limfa düyünlərinin böyüməsi daha xarakterik olur. Səpkilər və limfa düyünlərinin böyüməsi varsa, bu, meymunçiçəyinin xarakterik göstəricisidir. Belə hallarda dioqnoz qoyulduqda insanlar təcrid olunmalıdırlar. Meymunçiçəyi virusu dəri təması ilə, öskürək və bəlğəmlə xaricə çıxır, dəriyə düşərək xəstəlik törədir. Başqaları ilə əlaqəni azaltmaq üçün daşıyıcı şəxs təcrid olunmalı, yataq rejiminə keçməli, həkim məsləhətinə əməl etməlidir. Belə olan halda yoluxma sayı az olacaq, yoluxan şəxsin vəziyyəti ağırlaşmayacaq.
İndi qarışıq dövrdür. Tibbi maskadan istifadə etmək məsləhətlidir. Təəssüf ki, insanlar məsələni qulaqardına vurur. İnsanlar xəstə halda işə getməyə məcbur qalır və yoluxucu xəstəlikləri digərlərinə ötürürlər".
Əfsanə Kamal
Demokrat.az