“Suriyada Əhməd əş-Şaraanın prezident seçilməsi gözlənilməz oldu. Çünki müvəqqəti hökumət öz vəzifəsini yerinə yetirirdi və müvəqqəti olduğu üçün prezidentə ehtiyac yox idi. Ölkəyə gələn xarici nümayəndələr Əhməd əş-Şaraa ilə görüşlər keçirirdilər. Beynəlxalq ictimaiyyət tərəfindən də o, de-fakto Suriyanın lideri kimi tanınırdı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
“Maraqlıdır ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Dəməşqə səfər etdikdən sonra bu barədə dərhal qərar qəbul edildi. Faktiki olaraq Suriyada hakimiyyət artıq onun əlinə keçib. Bəşər Əsədin sisteminin sadəcə rəhbəri dəyişib. İndi həmin sistemə Əhməd əş-Şaraa rəhbərlik edir. Ordu, təhlükəsizlik qüvvələri yeni prezidentin əmri ilə buraxılıb. Əhməd əş-Şaraa özünün rəhbərlik etdiri “Təhrir əş-Şam”ın üzvlərini vəzifəyə gətirəcək. Suriyada yeni hakimiyyətin qurulmasına şahid olacağıq.
Onun beynəlxaq siyasətlə bağlı verdiyi müxtəlif açıqlamalar var. Böyük ehtimalla hakimiyyətdə qalmaq üçün bu cür səylər göstərəcək. Növbəti prezident seçkilərində onun qalib gələcəyi şübhəsizdir. Düşünürəm ki, o, daxili siyasətdə o qədər də demokratik davranmayacaq. Suriyada Əsəd rejimi zamanı olan avtoritar rejim davam edəcək. Suriya üçün bir çox şeylər dəyişməyəcək. Suriyada prezidentin sadəcə imici dəyişəcək. Hətta yeni prezidentin dövründə Qərblə münasibətlərin normal olacağına dair də şübhələrim var”.
Əfsanə Kamal
Demokrat.az