Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Elşən Məmmədov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Etibar Salamzadəni qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Elşən 19 aprel 2024-cü ildə, saat təxminən 21 radələrində sərxoş vəziyyətdə vaxt keçirməkdən ötrü çilingər vəzifəsində işlədiyi şirkətin tərkibindəki Bakıxanov Çörək Zavodun həyətinə gəlib.
Orada təsadüfən rastlaşdığı həmin zavodda qazanxana operatoru vəzifəsində işləyən iş yoldaşı, 1990-cı il təvəllüdlü Etibar ilə birlikdə spirtli içki qəbul etməkdən ötrü yaxınlıqda yerləşən “Oba” marketə gedib. Oradan aldıqları alkoqollu enerji içkisini içdikdən sonra Elşən Etibarın “sən ətağa, bir butulka da spirtli içki qəbul edək” deyə bildirməsinə cavab olaraq “ətağa kimdir?” deyə soruşub. Etibar isə cavabında “sən nə danışırsan, ətağa sənin atandan yaxşı kişidir” ifadəsini işlədib. Elşən bu sözləri özünə qarşı təhqir kimi qəbul edib və bunu cüzi səbəb kimi bəhanə edib. O, xuliqanlıq niyyəti ilə Etibarı öldürmək qərarına gəlib. Elşən cinayətkar niyyətini həyata keçirməkdən ötrü aprelin 20-də, səhərə yaxın saat 05:30-da Bakıxanov Çörək Zavodunun həyətində yerləşən çilingər otağına daxil olub və oradan mətbəx bıçağını götürərək silahlanıb. Həmin vaxtı buraxılış məntəqəsinə doğru hərəkət edən Etibara yaxınlaşaraq birlikdə bir qədər hərəkət etdikdən sonra qəflətən həmin bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub. Çoxsaylı zərbələr alan Etibar ölüb. Hadisəni törədən Elşən Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, niyyəti Etibarı öldürmək olmayıb: “Sadəcə olaraq ona xəsarət yetirməyə yönəlmişəm. Ailəliyəm, 1 övladım var. 2008-ci ildə rəsmi olaraq ailə həyatı qurub evlənmişəm. Həmin evlilikdən 2009-cu ildə anadan olan övladım var. Anadan olduğum tarixdən etibarən İsmayıllı rayonu, Ruşan kəndində ailə üzvlərim ilə birlikdə yaşamışam. Ailə həyatı qurduqdan sonra da həmin ünvanda yaşamağa davam etmişəm. Təxminən 2023-cü ilin iyun ayında ailə üzvlərim ilə birlikdə Bakıda kirayə əsaslarla yaşamağa başladım. Eyni zamanda 2024-cü ilin təxminən fevral ayından etibarən Sabunçu rayonunda yerləşən Bakıxanov Çörək Zavodunda rəsmi əsaslarla, yəni əmək müqaviləsi bağlanmaqla çilingər olaraq fəaliyyətə başlamışam. Həmin MMC-də iş fəaliyyətim gündəlik olaraq saat 09:00-da başlayıb, saat 18:00-da başa çatıb”.
Elşənin sözlərinə görə, Etibarı əvvəllər tanımayıb, aralarında hər hansı ədavət və düşmənçilik olmayıb: “Etibarı həmin MMC-də işə başladığım tarixdən etibarən iş yoldaşım kimi tanımışam. Etibar həmin MMC-də qazanxana operatoru olaraq fəaliyyət göstərdi. Hadisədən bir gün əvvəl, yəni aprelin 19-da, saat 18:00-da xidməti fəaliyyətimi başa vurdum, yaxınlıqda yerləşən yaşadığım evə getdim. Evə gedib nahar yeməyini yedikdən sonra “Sərham" MMC-nin həyətinə tərəf gəldim. Mənim Bakı şəhərində dost-tanışım olmadığına görə, axşamlar işdən çıxandan sonra evə gedərək bir müddət istirahət etmişəm. Sonra yenidən iş yerimə gələrək orada asudə vaxtımı keçirmişəm”.
Elşən qeyd edib ki, aprelin 19-da, axşam saat 21 radələrində yaşadığı ünvandan çıxıb və market istiqamətində hərəkət edərək həmin ərazinin yaxınlığında olan, adını xatırlamadığı kafeyə daxil olub:
“Orada hər biri 0,5 həcmində olan 2 bakal pivə içdim. Pivəni içib qurtardıqdan sonra kafedən çıxdım, işlədiyim zavod istiqamətində hərəkət etdim. Həmin vaxt MMC-nin tərkibindəki Bakıxanov Çörək Zavodunun həyətində Etibar ilə qarşılaşdım. Etibarın iş qrafikini dəqiq bilməsəm də, onun bir gün gecə, növbəti dəfə isə gündüz növbəsinə qaldığından xəbərdar olmuşam. Həmin gün isə Etibar gecə növbəsinə qalmalı olub. Etibar ilə rastlaşandan sonra, sonuncu mənə mağazadan spirtli energetik içki alaraq içməyi təklif etdi. Mən Etibarın təklifi ilə razılaşdım və birlikdə marketlə üzbəüz olan, yolun əks istiqamətindəki, binalarının alt hissəsində yerləşən “Oba” marketə daxil olduq. Etibar ilə “Oba”dan ümumilikdə 6 ədəd, 0,5 litiriklik dəmir qablaşdırmada olan spirtli energetik içki aldıq. Çörək zavodunun qarşısına gələrək “daş bardior”ların üstündə əyləşərək spirtli içkini qəbul etməyə başladıq. Bir müddət spirtli içki qəbul edib söhbət etdik. Təxminən 5-6 saat Etibarla birlikdə vaxt keçirdik. Həmin müddət ərzində birlikdə qazanxanada və zavodun ərazisində piyada hərəkət edərək müxtəlif məzmunlu söhbətlər etdik”.
Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərib ki, aprelin 20-də, saat təxminən 5 radələrində Etibarla sağollaşıb və yaşadığı evə getmək istəyən zaman Etibar onu arxadan səsləyib, yenidən mağazaya gedərək içki almağı təklif edib: “Bu zaman Etibara artıq içmək istəmədiyimi və evə getmək istədiyimi bildirdim. Bu sözümdən sonra Etibar mənə “Sən Ətağa, gəl bir butulka da spirtli içki qəbul edək” dedi. Mən isə gülə-gülə Etibara tərəf çevrilərək “Ətağa kimdir?” deyə soruşdum. Bu sözümdən sonra Etibar əsəbi formada mənə “Sən nə danışırsan, Ətağa sənin atandan yaxşı kişidir” ifadəsini işlətdi. Etibarın bu sözü mənə təsir etdi. Ona görə də ondan danışığına fikir verməsini tələb etdim. Etibar isə dediklərimə əhəmiyyət verməyərək üzərimə doğru gələrək sinəmdən itələdi və Ətağanın həqiqətən də atamdan üstün olması fikrini bildirdi. Mən isə atamın vəfat etdiyini, Ətağanın heç bir valideyndən üstün olmadığını dedim. Bizim aramızda təxminən 15-20 dəqiqə ərzində bu məzmunda sözlü mübahisə baş verdi. 15-20 dəqiqə sonra isə Etibarın atam barədə işlətdiyi xoşagəlməz ifadələrin qarşısını almaq məqsədi ilə işlədiyim Bakıxanov Çörək Zavodunun həyətində mövcud olan çilingər otağına qaçaraq oradan məişətdə istifadə etdiyim mətbəx bıçağını götürdüm və yenidən Etibarın olduğu əraziyə, yəni zavodun ətrafında olan hasarın yanına, avtomobil yoluna yaxın hissəyə, zavodun çıxış hissəsinə, buraxılış məntəqəsi istiqamətinə gəldim. Orada Etibarın qarın nahiyəsindən ardıcıl olaraq bıçaq zərbələri vurdum.Etibarı bıçaqla vurmaqda məqsədim onun atam barədə işlətdiyi xoşagəlməz ifadələrin qarşısını almaq olub. Çünki, Etibarla sözlü mübahisə edərək atam barədə xoşagəlməz ifadə işlətməməsini tələb etsəm də, sonuncu israrla Ətağanın atamdan üstün olduğunu bildirdi. Mən də Etibarın sözlərindən hiddətlənərək çilingər otağına qaçdım və oradan məişətdə istifadə etdikləri bıçağı götürərək ona ardıcıl xəsarətlər yetirmişəm. Etibara xəsarət yetirən zaman Etibar qışqıraraq qaçmağa çalışdı. Mən isə ona qaçmağa imkan verməyərək və qışqırığına məhəl qoymayaraq bıçaqla ardıcıl xəsarətlər yetirməyə davam etdim. Etibar xəsarətlər alıb üst-başı qana bulanaraq yerə yıxıldı. yerə yıxıldığını görərək öldüyünü zənn etdim və qorxduğum üçün bıçağı orada yerə atdım, dərhal yaşadığım evə getdim ki, hadisə barədə ailə üzvlərimə məlumat verim. İş yerim ilə yaşadığım ünvan arasındakı məsafə təxminən 4-5 dəqiqə olub. Evə çataraq arvadıma bıçaqla adam vurduğumu bildirdim. Arvadım dediklərimə inanmadı. Arvadıma bu barədə məlumat verərək dərhal hadisə yerinə qayıtdım. Hadisə yerinə qayıtdıqda Etibarın orada olmadığını gördüm. Bir neçə dəqiqə sonra isə hadisə yerinə polis əməkdaşları gəldi və hadisənin kim tərəfindən törədildiyini soruşdular. Mən isə polis əməkdaşlarına Etibarı bıçaqla vurduğumu etiraf etdim. Daha sonra polis bölməsinə aparıldım”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elşən 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az