Ötən il “Bakı Metropoliteni” QSC-nin “Əlçatan metro” layihəsindən 1 310 sərnişin istifadə edib. Bu, 2023-cü illə müqayisədə 43 % çoxdur. Bu kimi layihələrin ictimai nəqliyyatda olması sevindirici haldır.
Maraqlıdır, avtobuslarda da belə layihələr etmək olarmı?
Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.
O bildirib ki, bu kimi layihələri ictimai nəqliyyatda görmək xoşdur:
“Bunu avtobuslarda da tətbiq etmək istəyiriksə əlçatan avtobusların istismarını həyata keçirmək lazımdır. Bu zaman daha çox sərnişinə xidmət etmək şansımız olacaq. Yəni, hər bir ərazidə avtobuslarla təchiz olunmalıyıq. Marşrutun istifadə olunması hər bir ərazi üçün uyğundur. Yəni, proyektə uyğun olaraq marşrut daha rahat və konkretdir. Çünki marşrut sistemi əsasən vətəndaşların gediş-gəlişini rahatlaşdırır. Bununla yanaşı daha çox əraziləri əhatə edə bilər. Amma metro üçün, bildiyimiz kimi, infrastruktur qurulmalıdır, xətt çəkilməlidir, tunel olmalıdır. Avtobus sistemi daha az xərc tələb edir. Bu sistemdən daha çox gəlir əldə etmək olur. Ona görə də, birinci növbədə avtobusların sayını artırmaq lazımdır”.
Leyla Turan
Demokrat.az