Bakının Sabunçu rayonu ərazisində yerləşən göldə balıqlar kütləvi tələf olur.
Demokrat.az Xəzər TV-yə istinadən məlumat verir ki, görüntülər Zabrat-Maştağa yolunun kənarında yerləşən göldəndir.
İllərdir ərazi baxımsız vəziyyətdədir. Sakinlər deyirlər ki, vaxtilə bu ərazidə süni göllər olub, hazırda isə kanalizasiya mənbəyinə çevrilib.
Balaxanı sakini Kənan Məmmədov uzun illərdir bu göldən balıq tutduğunu deyir. Onun sözlərinə görə, əvvəl həftəsonu bu gölün ərazisi balıq həvəskarları ilə dolu olardı. Ərazinin baxımsız vəziyyətdə olması hazırda balıqların, hətta quşların da ölümü ilə nəticələnir.
Sakinlər bununla bağlı dəfələrlə aidiyəti qurumlara müraciət etsələr də, hələlik bir nəticə alınmayıb.
Ekoloq Amin Məmmədov bildirib ki, bu kimi hallar təkcə kanalizasiya sularının göllərə axıdılması nəticəsində yox, həm də sənaye tullantılarının gölə atılması zamanı da baş verə bilir. Bundan başqa, göldə gedən hidrodinamik proseslər də buradakı canlıların kütləvi ölümü ilə nəticələnə bilər.
Ekologiya və Təbii Sərrvətlər Nazirliyindən (ETSN) isə "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirilib ki, əraziyə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin nümayəndələri ilə birlikdə baxış keçiriləcək və monitorinq aparılacaq.
Gölün müxtəlif nöqtələrindən və dərinliklərindən su nümunələri götürülərək analiz olunması üçün nazirliyin mərkəzi laboratoriyasına təhvil veriləcək. Analizin nəticələrinə əsasən, göl suyunun qənaətbəxşliyi təhlil ediləcək.
Nazirlikdən həmçinin qeyd edilib ki, tələf olmuş balıqlar üzərində analizlər aparılacaq, balıq nümunələrindən infeksion xəstəliklərin və zəhərlənmə hallarının olub-olmadığı yoxlanılacaq.
Ətraflı süjetdə: