Belçika millisinin, "İnter" və "Roma"nın keçmiş futbolçusu Raca Nainqqolan həbs edilib.
Bu barədə "Corriere dello Sport" məlumat yayıb.
Nainqqolan narkotik alverində şübhəli bilinib və Brüssel polisi tərəfindən həbs edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 36 yaşlı idmançını bu gün saxlayıblar.
Yarımmüdafiəçi yanvarın 22-də Belçika çempionatının ikinci divizionunda çıxış edən "Lokeren-Thamse" klubu ilə müqavilə imzalamışdı.
Bildirilir ki, Nainqqolanın həbsi Belçikada kokainin yayılması ilə bağlı mütəşəkkil cinayətlə bağlı aparılan istintaq zamanı baş verib. Hazırda dindirilmələr davam edir. Futbolçu beynəlxalq narkotik ticarətində iştirakda ittiham olunur. İddiaya görə, Raca Belçikadakı bir liman vasitəsilə Cənubi Amerikadan Avropaya kokainin qaçaqmalçılığına kömək edib. (QOL.az)