“Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə səfiri Cahit Bağçını qəbul edərkən deyib. Bu, Azərbaycanla İsrail arasındakı münasibətlərə hansısa formada təsir edə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlət fəlsəfəsinə söykənərək, Şuşa Bəyannaməsinin hər iki dövlətə verdiyi hüquqi öhdəliklərlə birlikdə öz xarici siyasətini təyin edir:
“Bu xarici siyasət heç şübhəsiz ki, sülhə, əməkdaşlığa söykənir. Ona görə də 13 il davam edən müharibədən çıxmış Suriyada Türkiyə və Azərbaycanın birgə fəaliyyəti onların sülhə və humanitar problemlərin həllinə verəcəkləri töhfəni daha da güclü edəcəkdir. Nəticə etibarilə Suriya coğrafiya baxımından bizə uzaq görülsə də, mədəniyyət və dil coğrafiyası baxımından çox yaxındır. Çünki bu gün Suriya əhalisinin 70 %-ə qədəri türkçə danışır, amma onların içərisində yerli etnik qruplar var ki, Bayır-Bujaq türkmənləri, Çolanı türkmənləri Azərbaycan ləhcəsinə daha yaxın bir türkçədə danışırlar. Bu bizim mədəni coğrafiyamızdır. Əgər bu gün Nəsiminin məzarı Hələbdədirsə, demək Nəsiminin Şamaxıdan Hələbə aparan səbəblər etnik bənzərliyimiz idi. Ortaq mədəni coğrafiya olmağımızdan irəli gəlirdi. Biz bu gün necə deyə bilərik ki, Hələb vətən deyil, biz necə deyə bilərik ki, Nəsiminin məzarı vətən deyil”.
Millət vəkili onu da qeyd edib ki, tarixə ekskursiya edib bir sosial arxeologiya apardıqda Suriyanın bizə nə qədər yaxın bir coğrafiya olduğu ortaya çıxır:
“Ona görə də bu coğrafiyanın və bu tarixi bağların yaratdığı bir də mədəni, siyasi, humanitar məsuliyyət var ki, Azərbaycan qardaş Türkiyə ilə birlikdə məsuliyyətdən çıxış edərək, Türkiyədə ortaq humanitar yardım fəaliyyətinə başlayıb. İlk belə yardımı artıq Azərbaycan tərəfi Türkiyə üzərindən göndərib. Bundan sonrakı tərəfdaşlıq, əməkdaşlıq və digər humanitar problemlərinin həlli ilə bağlı da Azərbaycan və qardaş Türkiyənin birgə sinxron hərəkatlarını biz görəcəyik. Çünki nəticə etibarilə bu gün Suriyadakı gerçəkliyi yaradan həm Türkiyə, həm də Azərbaycan faktorudur”.
Leyla Turan
Demokrat.az