İntensiv yağış, qar yağıb — FAKTİKİ HAVA

GÜNDƏM 27 yanvar 2025, 09:29
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Demokrat.az  Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçib.

Belə ki, düşən yağıntının miqdarı Astarada 19, Lənkəranda 13, Lerikdə 7, Gəncə, Naftalan, Şabran, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, İmişli və Biləsuvarda 5 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm olub.

Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Göyçay, Lerik, Sumqayıt və Maştağada duman müşahidə olunub.

Dumanda görünüş 200-700 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-də 8, dağlıq rayonlarda 13 dərəcəyədək şaxta qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top