2024-cü ildə Azərbaycana 173 milyon 604 min dollar dəyərində 29 611 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. 2023-cü ildə Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 596 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 78.4%, dəyər ifadəsilə 88% artıb.
Onu da qeyd edək ki, 2024-cü ildə Azərbaycanda 29 064.2 ton kərə yağı istehsal edilib ki, bu da illik müqayisədə 7.9% çoxdur.
Kəskin idxalın artmasının səbəbi nədir?
Məsələ ilə bağlı iqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, kərə yağı və süddən hazırlanmış digər yağlar üzrə ölkənin istehlak bazarında vəziyyət çox ziddiyətli xarakter daşıyır:
“Kərə yağı və süddən hazırlanmış digər yağların idxalı kəskin şəkildə artıb. Sözügedən məhsulun qiymətlərində ucuzlaşma yoxdur. Rəqəmlərdən də göründüyü kimi, kərə yağının idxalına tələb çoxdur. Yeri istehsal nə qədər genişlənsədə də tələbatın öhdəsindən gəlmək iqtidarında deyil. Ona görə də idxal mütləq qaydada vacibdir. İdxalın artması isə ölkədə sözügedən məhsulun təsrifi üçün ciddi problemlər yaşanmaqdadır. Yəni, əgər bir məhsulun təsrifi tələblə ayaqlaşırsa, o zaman idxala ehtiyac olmaz. Kərə yağı ölkəyə idxal olunan məhsullar arasında ən mühüm yerlərdən birini tutur. Çıxış yolunu istehsalın daha da genişlənməsində görürəm. İdxalın artmasının əsas səbəbi tələbin çox olmasıdır. Ona görə də bahalaşma davam edəcək”.
Leyla Turan
Demokrat.az