Ermənistan Avropa İttifaqından iqtisadi və siyasi dəstəklər alacaq — Politoloq

DÜNYA 27 yanvar 2025, 16:29
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək.

Bununla bağlı Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan parlamenti Avropa İttifaqının üzvlüyü haqqında qanun layihəsini qəbul edərsə, bu Ermənistanla Avropa İttifaqı arasında siyasi əlaqələrin inkişafına gətirib çıxaracaq:


“Bu zaman Ermənistan Avropa İttifaqından iqtisadi və siyasi dəstəklər alacaq. Sənəd olaraq, Ermənistanın Avropa İttifaqına üzvlüyü mümkün görülmür. İlk növbədə Avropa İttifaqı ilə Ermənistan arasında quru əlaqələr olmalıdır.  Bu da Türkiyə üzərindədir. Türkiyə ilə də Ermənistan sərhədləri bağlıdır. Ermənistan da bunu yaxşı bilir, sadəcə bu, gələcək üçün hesablanıb. Təbii ki, Avropa İttifaqı da Ermənistanda öz siyasi mövqelərini gücləndirməyə çalışır. Ermənistan parlamenti qanun layihəsini qəbul edəcək.  Nikol Paşinyan Qərb inteqrasiya siyasətinin publikada geniş təbliğatı olacaq. Paşinyan həm də Qərbdən siyasi dəstək alacaq. Öz hakimiyyətini gücləndirməyə çalışacaq. Bir sözlə, Ermənistan parlamenti qanun layihəsini qəbul edəcək, təsdiq olunacaq və hökumətin siyasi kursu kimi davam etdiriləcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 yanvar 2025, 23:50
Top