Zəlzələ və leysan eyni gecəyə təsadüf etdi: İstanbulda çətin anlar — FOTOLAR

DÜNYA 28 oktyabr 2025, 09:39
Türkiyənin İstanbul şəhərində ötən gecə güclü leysan yağışı müşahidə olunub.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, yağıntı bir çox rayonlarda gözlənilmədən baş verdiyi üçün sakinlər çətin vəziyyətə düşüblər.

Havanın əlverişsizliyi səbəbindən İstanbul Hava Limanında bir sıra təyyarələrin havada dövrə vurmaq məcburiyyətində qaldığı bildirilir.

Meteorologiya Ümumi İdarəsi şəhər üçün "sarı kod" xəbərdarlığı yayıb. Qurum ani daşqın, su basması, ildırım və nəqliyyatın iflic olması kimi risklər barədə vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Axşam saatlarından etibarən xüsusilə İstanbulun Avropa hissəsində yağış və küləyin intensivliyi daha da artıb. Şəhərin bir çox nöqtəsində nəqliyyat sıxlığı yaranıb, sürücülər hərəkətdə çətinliklə üzləşiblər.

İşdən evə dönən insanlar da yağış və güclü külək səbəbindən piyada hərəkət etməkdə çətinlik çəkiblər.

Qeyd edək ki, həmin gecə Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib və yeraltı təkanlar İstanbulda da hiss olunub.

 




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 oktyabr 2025, 11:52
28 oktyabr 2025, 09:59
Top