"İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında Qarabağda gedən bərpa və inkişaf prosesində ictimai təşkilatların mühüm rolunu vurğulayıb. Onun sözlərinə görə, qeyri hökumət təşkilatları (QHT-lər) bu günə qədər aktiv iştirak edirlər və dövlətin verdiyi qrantlar sayəsində quruculuq işlərində əhəmiyyətli iştirak təmin edirlər.
Lakin Ramil Əliyev bu prosesin daha da genişlənməsi və QHT-lərin Qarabağ iqtisadi zonasının səlahiyyətli nümayəndələri ilə sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd edib. O, həmçinin Qarabağda həyata keçirilən böyük quruculuq işlərinin və yol infrastrukturunun yenilənməsinin ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
" Biz təşkilat olaraq könüllü şəkildə Qarabağda maarifləndirmə və digər işlərdə iştirak etməyə hər zaman hazırıq," deyə o əlavə edib. QHT sədri Qarabağda aparılan böyük investisiyaların düzgün istiqamətlənməsini və Zəngəzur dəhlizinin açılmasının yol infrastrukturunda maneəsiz inkişafı təmin etdiyini də vurğulayıb. Ramil Əliyev həmçinin qeyri hökumət təşkilatlarının bu inkişaf prosesində daha aktiv rola sahib olacağına inandığını və dövlətin QHT-lərə bu məqsədlə daha çox dəstək verməli olduğunu qeyd edib.