Uzun illərdir sülh, firavanlıq və dostluğun sinonimi kimi tanınan Qərbi Avropa indi tarixin yeni mərhələsinin astanasındadır. ABŞ-ın, xüsusilə də Tramp administrasiyasının, sərt ritorikası və tələbləri Avropanın uzun illərdir üzərində dayandığı sabit zəminin silkələndiyini göstərir. Uzun illər boyu ABŞ-ın himayədarlıq etdiyi Qərbi Avropa indi tək qalmaq qorxusu ilə üz-üzədir.
Yaxın gələcəkdə Qərbi Avropanı nələr gözləyir?
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Qərbi Avropanın elə bir strateji mövqesi var ki, Amerika, Rusiya və Çin arasında tramplin rolu oynayur:
“Düşünmürəm ki, asanlıqla onu gözardı edələr. Tramp onları sıxışdıra bilər, iqtisadi vəziyyətini çətinləşdirə bilər. O da NATO-ya yardımların ayrılması ilə bağlı müdafiə xərclərinin artırılması ilə bağlı, iqtisadi əlaqələrdə Rusiya ilə əlaqələrin müsbətə doğru keçməsi, Amerikanın iqtisadi təchizatının olması üçün ola bilər. Amma bu hələ ki, Qərbi Avropanı gözardı edilməsi demək deyil. Düzdür, gələcəkdə Qərbi Avropa ölkələrinin ciddi şəkildə maliyyə çatışmazlığı ola bilər. Borclarının çox olması mövcuddur. Amma hər vəziyyətdə Qərbi Avropa ölkələri Amerika üçün strateji əhəmiyyət daşıyır. O baxımdan Tramp onlarla müəyyən gərginlik yaşaya bilər. Amerikanın strateji hədəfi Qərbi Avropanı əlində saxlamaqdır. Bütün bunlarla yanaşı Trampın Qərbi Avropa üzərində təsir imkanları çox olacaq”.
Leyla Turan
Demokrat.az