“Rusiyanın müəyyən dairələri bu münasibətlərə xələl gətirməyə çalışır” — Millət vəkilindən “suyu bulandıranlara” CAVAB

GÜNDƏM 27 yanvar 2025, 13:05
“Rusiyanın müəyyən dairələri hələ də Rusiya rəhbərinin təyyarənin vurulmasına görə Azərbaycandan üz istəməsini özünə sığışdıra bilmir. Onlar hesab edirlər ki, Rusiya istənilən halda haqlıdır və kimisə onlardan özünə hörmət etməsini istəməsi qəbul edilməzdir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

“Ancaq prezidentimiz cəsarətlə bu fikirləri bildirdi və Rusiya prezidenti prezidentimizin arqumentlərini qəbul edərək Azərbaycandan üzr istədi. İki dəfə Azərbaycan Prezidentinə zəng etdi. Bundan başqa, tədqiqatın aparılmasında Qazaxıstan, Braziliya və eyni zamanda Qroznıda Rusiyanın özünün tədqiqat komisiyyasında Azərbaycan hökumət orqan nümayəndələri də iştirak etdilər. Yəni, Rusiya bu istiqamətdə Azərbaycanla işləyir. Ancaq Rusiyanın müəyyən dairələri bu münasibətlərə xələl gətirməyə, Azərbaycanı yerində oturtmağa çalışırlar. Amma bu iş heç vaxt olmayacaq. Azərbaycan öz hüquqlarını və suverenliyini bilir. Azərbaycanın Rusiyayla yaxşı münasibətləri var. Bizim istədiyimiz bu hərəkətin bir də təkrar olunmamasıdır. Bizim istəyimiz bu məsələyə görə Rusiyanın öz məsuliyyətini qəbul etməsidir. Rusiya prezidentinin zəngi göstərdi ki, o bunu qəbul edir. Hər hansı qüvvələrin bu məsələni qızışdırması, bu məsələni yenidən gündəmə gətirməsi isə vəziyyəti heç də dəyişdirməyəcək”.

 Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 yanvar 2025, 23:50
Top