"Təkcə plastik cərrahlarla bağlı yox, ümumiyyətlə ixtisasından kənar işlərlə məşğul olan insanlara qarşı qanun olmalıdır. Onlar ixtisaslarından kənar fəaliyyətlə məşğul olmağa cürət etməməli, camaatı aldatmamalıdırlar. Buna görə də hüquqi müxanizm olmalıdır".
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib.
"Digər yandan həmin hüquq mexanizmi işləməlidir. Tutaq ki, mexanizm yaradıldı, ancaq qanun icra olunmadı. Qanun icra olunmayacaqsa, rüşvətlə qanun tapdanacaqsa, o zaman bu qərarın cəmiyyətə heç bir xeyri ola bilməz. Qanunun olması məsələnin həll olunması demək deyil. Əsas məsələ qanunun necə icra edilməsi və kimin nəzarəti altında olmasıdır. Bu sahədə bizim xeyli boşluqlarımız var. Ona görə də Azərbaycanda biabırçı vəziyyət yaranıb. Cərrah olmayan şəxslər saxta sənədlə bu işlə məşğul olaraq insanları bədbəxt edirlər. Bu sahədə çoxlu sayda boşluqlar olduğu üçün görüləcək işlər də çoxdur".
Qeyd edək ki, plastik cərrahiyə ilə məşğul olan şəxslər 31 yanvaradək sənədlərini şəxsən Səhiyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda onların fəaliyyəti sual altında qalacaq.
Əfsanə Kamal
Demokrat.az