İqlim dəyişmələrindən və qlobal istiləşmə barədə çox danışılır. Təbii ki, dünyada baş verən iqlim dəyişiklikləri ölkəmizdən də yan keçə bilməz. Qış fəsli olmasına baxmayaraq, bəzi dağ rayonlarını çıxmaq şərti ilə Azərbaycan bu il qar görmədi desək, yanılmarıq. Rayonlara yağan qar isə çox qısa müddətli oldu.
Rayonlara, xüsusilə Bakıya qar yağmamasının səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ekoloq Cəmşid Bəxtiyar bildirdi ki, Azərbaycanda və ümumiyyətlə, ölkəmizin aid olduğu coğrafiyada yağıntının miqdarında son illər azalma tempi müşahidə edilməkdədir. Onun sözlərinə görə, bunun müxtəlif amillərdən qaynaqlanan bir neçə səbəbi var:
"Konkret olaraq, bu qış Azərbaycanda yağıntının azalması bir neçə amillə əlaqədar ola bilər: Atmosfer sirkulyasiyasının dəyişməsi, qlobal iqlim dəyişiklikləri və regional iqlim təsirləridir.
Qış aylarında atmosfer təzyiq sistemlərinin və hava axınlarının dəyişməsi nəticəsində yağıntı gətirən siklonların ölkə ərazisinə təsiri zəifləyə bilər. Bu, yağıntının azalmasına səbəb ola bilər. Qlobal istiləşmə nəticəsində bəzi bölgələrdə yağıntı rejimində dəyişikliklər müşahidə olunur. Azərbaycanda da iqlim dəyişikliyi nəticəsində yağıntıların miqdarı və paylanmasında dəyişmə müşahidə edilir”.
Ekoloq əlavə etdi ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və digər regional iqlim amilləri də yağıntının miqdarına təsir göstərə bilər.
“Bu amillərin birgə təsiri nəticəsində bu qış Azərbaycanda yağıntının azalması müşahidə olunur. Amma qışın ən soyuq aylarından olan fevral hələ qarşıdadır və onun soyuq keçəcəyi proqnozlaşdırılır. Aşağı temperatur göstəriciləri yağıntının miqdarına da çox güman, təsirsiz qalmayacaq”,- deyə Cəmşi Bəxtiyar qeyd etdi.