Tramp Baydenin 78 qərarını ləğv etdi

DÜNYA 21 yanvar 2025, 13:07
ABŞ Prezidenti Donald Tramp inauqurasiyadan sonra keçmiş prezident Co Baydenin 78 fərman və memorandumunu ləğv edib.

Demokrat.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb .

Məlumata görə, Tramp Vaşinqtonda “Capital One Arena” idman-konsert kompleksində tərəfdarları qarşısında mitinqdə çıxış edərək, Baydenin qərarlarını ləğv edən bir sıra fərmanlar imzalayıb.

Telekanalın məlumatına görə, ABŞ-nin yeni prezidenti əvvəlki administrasiyanın ümumilikdə 78 fərman və memorandumunu ləğv edib.

Telekanal xəbər verir ki, imzalamağı bitirən Amerika lideri sənədləri imzaladığı qələmləri izdihamın arasına atıb.

Qeyd edək ki, 2017-ci ildə Tramp prezident kimi ilk günündə səhiyyə qanununun müddəaları ilə bağlı yalnız bir sərəncam imzalamışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top