"İsraillə HƏMAS arasında əldə edilən razılaşma faktiki olaraq atəşkəs razılaşmasıdır. Razılaşma üç mərhələdən ibarət olacaq. Üç mərhələnin birində tərəflərdən biri hansısa formada atəşkəsi pozarsa, bu razılaşmanın pozulması deməkdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Təcrübə göstərir ki, bundan öncə də bənzər formada sülh sazişləri imzalanıb, amma həmin sazişlərin effekti olmayıb. Çünki İran başda olmaqla, bəzi ölkələr sülhdə maraqlı deyillər".
O bildirib ki, bu dəfə Tramp sülhün olmasında maraqlıdır:
"Bu istiqamətdə İsrail ərəb ölkələri ilə münasibətlərinin normallaşmasını və bunda Türkiyənin vasitəçi olmasını istəyir. Bu dəfəki atəşkəs razılaşması bu səbəblərə görə uğurlu alına bilər. İran proseslərə qarışıb HƏMAS-ı şirnikləşdirməsə, atəşkəs qalıcı ola bilər. İranın müdaxiləsi fonunda sülhün erkən sıradan çıxa biləcəyini deyə bilərik".
Əfsanə Kamal
Demokrat.az