YapiKredi Müraciət Forması
Hadisə

Sumqayıt-Novxanı yolunda sərnişin avtobusu yandı - VİDEO

Sumqayıt-Novxanı yolunda sərnişin avtobusu yandı - VİDEO

Sumqayıt-Novxanı avtomobil yolunda sərnişin avtobusu yanıb.

Sərnişinlərin sözlərinə görə, 123 saylı xətt üzrə işləyən avtobus hərəkətdə olarkən anidən alışıb.

Nəqliyyat vasitəsinin alovlandığını görən sərnişinlər təcili avtomobildən düşüblər və qaçaraq ərazidən uzaqlaşıblar.

Hadisə yerindən görüntünü təqdim edirik: (oxu.az)