Tramp dövründə müəyyənlik olacaq — Politoloq

DÜNYA 21 yanvar 2025, 16:35
Respublikaçılar Partiyasından Donald Tramp ABŞ-də prezident seçkisində qələbəsini elan edib. O, seçkinin nəticələrini "ABŞ tarixində əvvəllər görünməmiş siyasi qələbə" adlandırıb. Tramp vəd edib ki, onun hakimiyyəti ABŞ tarixində "qızıl dövr" olacaq.

Bəs, yeni Tramp hakimiyyəti dünyaya nə vəd edir?

Bununla bağlı politoloq Fərhad Məmmədov Demokrat.az-a açıqlama verib. 

O qeyd edib ki,  Tramp dövrü dünyaya müəyyənlik vəd edir:

“Yəni, artıq pis olacaq, yoxsa yaxşı olacaq bu qeyri-müəyyənliyi bir qırağa çəkilir. Ya pis, ya yaxşı olması haqqında müəyyənlik formalaşır. Bir sözlə, konkret şərait formalaşır. Ən azı, yaxın 3-4 il ərzində proseslər necə inkişaf edəcək, hansı formada və əsas oyunçuların mövqeləri nədən ibarət olacaqları nəzərə alınıb. Ondan irəli gələrək də artıq bu müəyyənlik dövrü başlayır. Bu heç də müharibələrin azalmasını və yaxud problemlərin həll olunması demək deyil. Amma artıq ABŞ-ın konkret müəyyən siyasəti var ki, ona uyğun olaraq da fərqli regionlarda proseslər fərqli cür inkişaf edəcək”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top