Amerika Birləşmiş Ştatlarının Senatı Prezident Donald Trampın dövlət katibi vəzifəsinə irəli sürdüyü Marko Rubionun namizədliyini dəstəkləyib.
Demokrat.az xəbər verir ki, Senatda səsvermə Trampın andiçmə mərasimindən bir neçə saat sonra keçirilib.
Əksəriyyəti respublikaçılar olan 100 üzvlü Senatda Rubionun namizədliyi 99 səslə təsdiqlənib. Demokratlar da Marko Rubionun dövlət katibi vəzifəsinə təyin olunmasını dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, 53 yaşlı Marko Rubio Donald Tramp administrasiyası postuna rəsmi təsdiqlənən ilk yüksək rütbəli məmurdur. O, 2011-ci ildən Florida ştatının senatoru idi.
Xatırladaq ki, Co Baydenin administrasiyasında bu vəzifənim Antoni Blinken icra edirdi.