Kişi müəllimlərin məktəblərdə azlığı müasir təhsil sisteminin diqqət çəkən problemlərindən biridir. Bu məsələ həm gender bərabərliyi, həm də təhsil keyfiyyətinə təsir baxımından əhəmiyyətli kəsb edir.
Məsələyə təhsil eksperti Elçin Əfəndi aydınlıq gətirib. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, son 10-15 ildə kişi müəllimlərin pedaqoji istiqamətdə təhsil almaları kəskin şəkildə azalıb:
“Xüsusi hallarda görürük ki, hər hansısa kişi müəllim, fizika və riyaziyyat müəllimliyi ixtisasında təhsil alır. Azərbaycan dili, ibtidai sinif, bağça müəllimliyi ixtisaslarında demək olar ki, kişi müəllimlərinin sayı yox səviyyəsindədir. Bu isə təbii ki, təhsil sferasında müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Kişi müəllimlərinin məktəbdən uzaqlaşmasının kökündə əlbəttə ki, madiyyat dayanır. Əməkhaqqının azlığı kişiləri başqa istiqamətlərə yönəldir.
Bununun da qarşısına almaq üçün mütləq əməkhaqlarında artım olmalıdır. O cümlədən, kişilərin təhsil prosesinə qaytarılması üçün, müəyyən güzəşlərin tətbiqi, islahatların həyat keçirilməsi lazımdır. Bir sözlə, kişi müəllimləri bu istiqamətdə təhsil almağa motivasiya edəcək qərarlar verilməlidir. Hazırda ölkədə 4400-dən çox təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlarda daha çoxunda qadın müəlimlər dərs deyir. Bu istiqamət üzrə müvafiq qurumlar ciddi istilahatlar həyat keçirməlidir”.
Leyla Turan
Demokrat.az