ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp büllurla bəzədilmiş libasda ictimaiyyət qarşısına çıxıb və qalmaqala səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Glamour" nəşri məlumat yayıb.
43 yaşlı İvanka Tramp Vaşinqtonda Milli Tikinti Muzeyində təşkil olunan qala şam yeməyinə qatılıb. ABŞ prezidentinin qızı tədbir üçün "Oscar de la Renta" dəbdəbəli brendindən paltar seçib. İş qadını kristal və mirvarilərlə işlənmiş çiyinləri açıq maksi don geyinib. O, görünüşünü eyni rəngli papağı ilə tamamlayıb.
Moda evi "Instagram"da axşam paltarının hazırlanması prosesini əks etdirən kadrlar yerləşdirib. İnternet istifadəçiləri brendi Trampın qızı ilə əməkdaşlıq etdiyinə görə tənqid ediblər.
"Deyəsən, "Oskar de la Renta" onları (Tramp ailəsini-red.) geyindirməyə razılıq verən yeganə moda evi olub", “Gözəl paltar, amma səhv model”, “Çox kədərli və utandırıcı” deyə izləyicilər "Instagram"da yazıblar.
Bundan əvvəl bildirilmişdi ki, bəzi moda evləri əri Donald Trampın andiçmə mərasimi ərəfəsində Melaniya Trampa geyim təqdim etməyi dayandırıb. İmtina ona görədir ki, moda dünyasının ən nüfuzlu jurnalı olan "Vogue"un baş redaktoru Anna Vintur ABŞ-ın seçilmiş prezidentinin həyat yoldaşını bəyənmir və onun şəklini üz qabığına qoymaq istəmir.
Demokrat.az

Jalə
Demokrat.az