Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.
Demokrat.az “qafqazinfo.az”a istinadən xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib.
O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs “WhatsApp” vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.
Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.
Qeyd edək ki, son vaxtlar naməlum şəxslərin məşhurların adından istifadə edərək onların nömrələrinə oxşar və ya eyni mobil nömrələrlə vatsap və digər sosial şəbəkələr vasitəsilə onları aldadaraq pul alması hallarına da rast gəlinir.
Fotoda: Emin Əfəndi