Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

XARİCİ SİYASƏT 21 yanvar 2025, 15:36
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Demokrat.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - məlumatda bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top