Tramp ABŞ-ın ÜST-dən çıxması ilə bağlı QƏRAR VERDİ

DÜNYA 21 yanvar 2025, 09:36
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlatın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması haqqında fərman imzalayıb.

Demokrat.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Amerika lideri, prezidentlik dövründə təxminən 350 milyon əhalisi olan ABŞ-nin ÜST-ə üzvlüyünün 500 milyon dollar, əhalisi 1,4 milyard dollardan çox olan Çinin isə təxminən 39 milyon dollar ödədiyi məlumatlara istinad edib.

“Mənə elə gəldi ki, bu, bir az ədalətsizdir. Səbəb bu deyildi, amma mən ÜST-dən ayrıldım”, - Tramp deyib.

Qeyd edək ki, Tramp ilk prezidentliyi dövründə də ÜST-ü sərt tənqid edən açıqlamalar vermişdi.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 yanvar 2025, 11:50
Top