"Ermənistanın Araz çayını çirkləndirməsi bir neçə mərhələdə həyata keçirilir. Birinci mərhələ Metsamor Atom Elektrik stansiyasında olan çirklənmədir. Metsamor stansiyasında qurğu çox mürəkkəb olduğu üçün çirklənmə həddən artıq yüksək olur. Atom qurğusundan istifadə etməklə su qızdırılır, yüksək temperatura çatdırılır. Daha sonra su buxar halına keçir və turbinə ötürülərək elektrik enerjisi əldə olunur. Həmin su yenidən maye hala keçirilir. Bu zaman radioaktiv maddələrlə çirkləndirmə baş verir. Həmi su ən yaxın çay olan Araz çayına axıdılır. Suda qurğuşun, arsen, mis, maqneziyum tullantıları yaranır. Suyun dibinə çökən maddələr çayı zəhərləyirlər. Kiçik canlı orqanizmlər zəhərlənir, daha sonra onlarla qidalanan balıqlar da zəhərlənirlər. Zəncir formasında digər canlı orqanizmlər də zəhlənirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
"Bu istiqamətdə son dövrlərində İranın mətbuat orqanları və dövlət təşkilatlarında həyəcan siqnalı çalınmaqdadır. Məlumata görə, Ərdəbil vilayətində və Araz çayının keçdiyi digər ərazilərdə mədə-bağırsaq, xərçəng xəstəliyinin sayı artmaqdadır".
O bildirib ki, Araz çayının çirklənməsinin ikinci mərhələsi Oxçuçay çayı vasitəsi ilə baş verir:
"Oxçuçayın hövzəsində Qacaran, Qafan və bir çox mədən sənaye obyektləri var. Dağ mədən sənayesi obyektlərində metal elementləri istehsal olunur. İstehsal prosesində sudan çox istifadə edilir. Həmin emal olunan elementlərdən misi və.s ayırmaq üçün 350-400 tona yaxın su istifadə edilib, ən yaxınlıqdakı çaya axıdılır. Araz çayı həm İran sərhəddində, həm də Azərbaycana daxil olduqda artıq çirklənmiş vəziyyətdə olur. Çirklənmiş su çayın hövzəsində olan kiçik canlıların məhv olmasına səbəb olur. Daha sonra insanlara da zərər vurur. Aparılan monitorinqlərdə bəlli olub ki, çirklənmə həmin ərazilərdə həddən artıq çoxdur".
Əfsanə Kamal
Demokrat.az