“Bakı metro tarixini vərəqləsək görəcəyik ki, Bakı metrosunun tarixi böyükdür”.
Bu sözləri Demokrat.az- açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O qeyd edib ki, stansiyaların həndəsi ölçüləri, dayaqların ümumi ölçüsü, sərnişin axınının istiqamətlənməsini yüksək səviyyədə təmin olunub:
“Misal üçün, “28 may”, “İçərişəhər”, “Sahil” stansiyalarının sərnişin tutumu ilə “Koroğlu” metrosunun və yaxud “Ulduz” metrostansiyasının sərnişin tutumu eyni deyil. Burada söhbət platformadan gedir. O cümlədən, platformalarda qatar qəbulunun ümumi olaraq 5 vaqon tipli olması, sərnişin daşımada gərginlik yarada bilir. Bunun üçün də müasir texnologiyanın tətbiqi də haradasa adını qeyd etdiyimiz sıxlığı daha yüksək olan “İçərişəhər”, “Sahil”, “28 may”, “Koroğlu”, “20 yanvar” və digər stansiyalarda müasir innovativ istifadə qaydalarına uyğun olmalıdır”.
Ekspert vurğulayıb ki, müasir texnologiyanın istifadə edildiyi şüşə çəpərləmə sistemlərini də hər bir stansiyaya tətbiq etmək olmur:
“Düzdür, bu, bəzi stansiyalarda mümkündür. Əsasən qatar stansiyaya daxil olur, dayanır və o platformadan şüşə platforma açılır, sərnişinlər təhlükəsiz şəkildə qatara düşüb minə bilirlər. Bu gündə metrodan istifadə edənlər sonuncu alternativi tətbiq edirlər. Birinci növbədə şüşə ara kəsmələrin tətbiq edilməsi, hansı ki, stansiyalara icazə verilir. İkinci növbədə də müasir və işə salma zamanı müəyyən siqnalizasiyaların hərəkət etməsi üçün tüneldə olan maşinist köməkçisinin platformanı tənzimləyən və metronu istiqamətləndirən əməkdaşının üzərinə məsuliyyəti qoymamaqla da bu məsələni həll etmək olar. Sadəcə o vaqon xəttindən, metro tüneldən yaxınlaşan zaman o işarə özünü göstərir və rahat şəkildə artıq bilinir ki, hansısa bir sakin, vətəndaş, sərnişin platformanın təhlükəsizliyi xəttini keçib”.
Leyla Turan
Demokrat.az