"Afrika ölkələrində Fransaya qarşı hərəkat dalğasının səbəbi çox aydındır. Afrikada Fransaya qarşı baş verənlər antifransız kimi təqdim edilməməlidir. Bu sırf Qərb mediasının həyata keçirdiyi propaqandanın bir növüdür. Afrikada Fransaya qarşı olan dalğa milli azadlıq mübarizəsinin tərkib hissəsidir. Biz tarix boyu müstəmləkəylə mübarizə aparan xalq olaraq hərəkat dalğasını milli azadlıq mübarizəsi olaraq təqdim etməliyik".
Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Bir neçə əsrdir ki, Fransa və bəzi digər Qərb ölkələri Afrikanın təbii sərvətləri ilə xalqını müstəmləkə altında saxlayaraq öz dövlətlərini, iqtisadi mövqelərini gücləndiriblər. Bu gün Afrikada baş verənlər məhz bu müstəmləkəyə qarşıdır. Artıq dünya dəyişir, dövr dəyişir. Elə bir dövr yaranıb ki, milli qüvvələr bütün qitələrdə müstəmləkəyə qarşı azadlıq mübarizəsi aparmağa başlayıblar".
O bildirib ki, Azərbaycan xalqı 200 ildən çox müstəmləkə siyasətinin acısını yaşayıb:
"Dövlət olaraq da Afrika dövlətlərinin qarşılaşdığı sınağı çox yaxşı başa düşürük. Onların nələr hiss etdiyini çox yaxşı bilirik. Azərbaycan bu mövqedə heç bir imperial nöqtədən çıxış etmir, çıxış edənlərə qarşı milli azadlıq mübarizəsini dəstəkləyir. Azərbaycan bundan sonra da müstəmləkəyə qarşı mübarizə aparan tərəflərlə zülmə, haqsızlığa qarşı eyni cəbhədə dayanacaq, əzilən xalqlara dəstək verəcək. Artıq bir neçə xalqın hegemoniyası altında dünya istənilmir. Sözün əsl mənasında bərabər hüquqlu yaşayacağımız dünya formalaşmalıdır. Buna görə də azadlığı uğrunda mübarizə aparan xalqları sonuna qədər dəstəkləməliyik".
Əfsanə Kamal
Demokrat.az