Yanğın zamanı Mahsun da qızı ilə orada imiş — FOTO

GÜNDƏM 21 yanvar 2025, 22:30

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzində baş verən yanğın zamanı məşhur müğənni Mahsun Kırmızıgül də qızı ilə yaxınlıqdakı hoteldə olub.

“Qafqazinfo” səbər verir ki, müğənni bu haqda sosial şəbəkə hesablarında yazıb.

Mahsun 8 yaşlı qızı Lavinlə semestr tətili üçün Kartalkayaya getdiyini bildirib.

“İki gün əvvəl qızımla semester tətilinə Kartalkayaya gəldik. Dünən gecə saat 5-6 radələrində otağın telefonu zəng çalmağa başladı, kənardan səslər gəlirdi. Biz o səslərə oyandıq. Yanğın baş verən hoteldən 50 metr aralıda idik. Bu dəhşətli yanğın idi. İnsanlar öz həyatlarından narahat idilər. Xizək təlimatçıları səfərbər edildi. İnsanlar qorxulu anlar yaşadılar. Allahdan həyatını itirənlərə rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dramatik mühitdə insanların çarəsizliyinə şahid olmaq çox üzücüdür. Belə hotellərdə yanğından xilasetmə çox vacibdir. Bəlkə də olsaydı, ölümlər daha az olardı. Ehtiyat tədbirləri görmək lazımdır”, - o qeyd edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top