AK ABŞ-ın ÜST-dən çıxmaq qərarından narahatdır

DÜNYA 21 yanvar 2025, 21:15
Biz ABŞ-ın ÜST-dən çıxmasına narahatlıqla baxırıq.

Demokrat.az
xəbər verir ki, bu sözləri Avropa Komissiyasının nümayəndəsi Eva Qrntsirova deyib. O bildirib ki, ABŞ-nin qərarını yenidən nəzərdən keçirəcəyinə dair inamları qalmaqdadır.

AK nümayəndəsinin sözlərinə görə, qlobal sağlamlıq təhdidlərinə qarşı beynəlxalq səviyyədə əməkdaşlıq etmək lazımdır.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı fərman imzalayıb. O, təşkilatın koronavirus pandemiyası zamanı səmərəsiz hərəkət etdiyini hesab edir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top