Rusiya hərbçiləri Qazaxla sərhədi tərk edirlər

İDMAN 20 yanvar 2025, 17:10
Azərbaycanın Qazax rayonunun Aşağı Əskipara kəndi ilə sərhəddə yerləşən Ermənistanın Voskepar kəndində yerləşən rusiyalı hərbçilər oradan çıxırlar.

Demokrat.az xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sarkisyan bildirib.

“Artıq 4-5 gündür ki, ruslar Voskepardakı kazarmalarından texnikanı yığışdırırlar”, - o yazıb.
 
Qeyd edək ki, Voskepar hələ 1990-cı ildə Ermənistanın nəzarətinə keçən Azərbaycanın Yuxarı Əskipara kəndi ilə Aşağı Əskipara kəndi arasında yerləşir.

Bu kəndə nəzarətin Ermənistanın əlində olması Azərbaycanın bir neçə kəndini əsas torpaqlardan ayıraraq eksklava çevirib. Bunlar Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləridir ki, hər üç esklav hazırda Ermənistanın işğalı altındadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top