"Sahibsiz küçə itlərinə qarşı yox, onlarla bağlı tədbirlər alınmalıdır. Sahibsiz itlərlə bağlı beynəlxalq praktikada qəbul edilmiş tək humanist həll yolu var. Sahibsiz itlər tutularaq xüsusi mərkəzlərə gətirilir. Həmin mərkəzlər əsasən bələdiyyələrin nəzdində olur. Qardaş Türkiyə, qonşu Gürcüstanda da bu praktika var. Türkiyədə əsasən bələdiyyələrin nəzdində və özəl mərkəzlər kimi fəaliyyət göstərirlər. Sahibsiz itlər mərkəzə gətirildikdən sonra qısırlaşdırılır, bütün xəstəliklərə qarşı vaksinasiya olunur. Bir neçə gün sonra hər bir it tutulduğu əraziyə geri qaytarılır. Ona görə ki, həmin ərazi və orada yaşayan insanlar itlərə tanışdır. Qısırlaşdırılmış itlər sakit olurlar. İnsanlara hücum etmirlər, bir-biri ilə ərazi uğrunda mübarizə aparmırlar".
Bu sözləri Demokrat.az-a açıqlamasında Good World Animals Rescue&Protection (GWARP) Beynəlxalq Heyvanların Mühafizəsi Təşkilatının direktorlar şurasının üzvü və cari prezidenti Fərid Mansurov deyib.
O bildirib ki, Türkiyədə bütün vaksinasiya (əsasən quduzluq) prosesini vətəndaşlar maliyyələşdirirlər:
"Həmin vəsait müxtəlif vergilər formasında əhalidən bölgə bələdiyyəsi tərəfindən toplanılır. Beləliklə, vətəndaşlar bilir ki, itlər onların hesabına bələdiyyə tərəfindən qısırlaşdırılıb, təhlükəsiz hala gətirilib. Vətəndaşlar qısırlaşdırılmış, qulağında birka olan itlərə xüsusi həssaslıqla yanaşırlar.
Qonşu Gürcüstanda itlərin qısırlaşdırılması əsasən xarici vəsait hesabına həyata keçirilir. Gürcüstan dövləti tərəfindən Avropa və ABŞ səfirliklərinə bununla bağlı müraciət edilib. Belə olduğu təqdirdə Gürcüstan hökuməti Avropa fondları və Avropa səfirlikləri qarşısında sahibsiz heyvanlarla bağlı böyük məsuliyyət daşıyır. Məsələn, biz Azərbaycana da Bridjit Bordo fondunu gətirmişdik. Fond təxminən minə yaxın it və pişiyi qısırlaşdırdı. Onlar Baytarlıq və Elmi Tədqiqat İnsititunun xətti ilə gəlmişdilər. Fond ikinci dəfə gələndə Azərbaycandan öhdəlik istədi. Bu heyvanların vaksinasiyadan sonra hansısa qurum tərəfində güllələnməməsi öhdəliyi idi. Təəssüf ki, Azərbaycanda heç kim fondun zərərsizləşdirdiyi itlərin həyatının təminatını öz üzərinə götürmədi".
Onun sözlərinə görə, hazırda heç bir it hər hansı dövlət qurumu tərəfindən gecə zülmətində güllələnmir:
"COP29 zamanı, öncəsi və sonrası bir sıra qanunlar meydana çıxdı. İtlərin güllələnməsi mexanizmi Azərbaycana SSRİ dövründən qalan mirasdır. Güllələnmə postsovet məkanında çoxdan tarixə qovuşub. Azərbaycanda da bu tədbir görülmür. Bunun yerinə sivil tədbirlər görmək lazımdır. Əks halda sahibsiz itlərin sayı gedərək artacaq.
Bakı və Abşeronda sahibsiz itlərin qısırlaşdırılması və vaksinasiyası "İDEA" İctimai Birliyinin öhdəliyidir. Hörmətli Leyla xanım 2015-2016-cı illərdə "Sahibsizlərə sahib çıxaq" şüarı ilə çıxış etmişdi. O vaxtdan birlik əlindən gələni edir ki, sahibsiz heyvanlara rəhimsiz rəftar bitsin. Bakıda bu böyük missiyanı onlar həyata keçirirlər. Təəssüf ki, rayonlarda bu missiyanı həyata keçirən heç bir qurum yoxdur. Bu mövzu ilə bağlı qərar qəbul etmək haqqında zərurət yaranıb. Heç bir icada ehtiyac yoxdur. Böyük dövlətlərin praktikasına baxmaq lazımdır. Qardaş Türkiyədə olduğu kimi məsələ bələdiyyələrə tapşırılsa, böyük uğur əldə etmək olar. "İDEA" İctimai Birliyi peşəkarcasına vəzifəsini yerinə yetirir. Rayonlarda isə sıfırdan hansısa qurum yaratmağa ehtiyac yoxdur. Türkiyə praktikası ilə getmək bəs edər.
Sahibsiz itlər insanlardan qorxduqları üçün onlara hücum edirlər. Çünki hər zaman insanlar tərəfindən şiddətə məruz qalıblar. İtlərin insanlara qarşı sevgisi və sədaqəti genetikdir. İnsanlar itlərə daş atmaq yerinə çörək atsalar, heç bir neqativ hal olmayacaq. Hazırda himayəmdə 1500-dən çox it var. Onların 80%-ni adları ilə tanıyıram, daim təmasda oluram. Bu vaxta qədər məni it dişləməyib. İtlər onlardan qorxan və aqressiya göstərən insanları asanlıqla seçirlər. Bir sözlə, heyvanların aqressiyasının səbəbi sadəcə qorxularıdır".
Əfsanə Kamal
Demokrat.az