Türkiyə Yaxın Şərqdə və Cənubi Qafqazda necə region liderinə çevrildi?

GÜNDƏM 17 yanvar 2025, 19:48
"Suriya hadisələri ilə birlikdə Türkiyə  iqtidarın yanında deyil, müxaliflərin yanında cəbhə aldı. Çünki daha öncə "Ərəb baharı" hadisələrində etdiyi xarici siyasət xətalarını Suriyada təkrarlamaq istəmədi. Hadisələri yaxından izlədi və Əsəd rejiminin devrilməsi müddətində önəmli rol oynadı. Suriyadakı hadisələrin Türkiyəyə sıçramaması üçün terror təşkilatlarına qarşı hərbi hərəkat ortaya qoydu. Türkiyənin İsrail Fələstin münaqişəsində Fələstinin yanında yer alması Qərbi narahat etdi. Ancaq Türkiyə regionun güclü dövləti olduğunu bir daha ortaya qoydu".

Bu sözləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz deyib: 

"Suriyada yeni  hökumətin qurulmasında Türkiyə hazırda önəmli rola sahibdir. Türkiyə Suriyada PKK\PYD terror təşkilatlarının uzaqlaşdırılması üçün lazım olan açıqlamaları etdi. Əgər bu terror təşkilatları Suriyanı tərk etməsə, müvəqqəti hökumətin cəhdləri uğursuz olarsa, Türkiyə öz gücü ilə onları çıxaracağını bildirib. Türkiyə hazırda regionda önəmli addımlar atmaqdadır. İsrail-HƏMAS arasında olan  atəşkəsdə də Türkiyə böyük rol aldı".

O bildirib ki, Türkiyə və Azərbaycan arasında imzalanan Şuşa bəyənnaməsi dəstəyin nümunəsi idi:

Cənubi Qafqaz coğrafiyasında Türkiyə-Azərbaycan qardaşlığı bir daha özünü doğrultdu. Türk Dövlətləri Təşkilatının böyüməsi ilə birlikdə bundan sonrakı dövrlərdə Zəngəzur dəhlizinin açılması üçün Türkiyə də Azərbaycana dəstək verməkdədir. Azərbaycanla Ermənistan arasında sülh üçün olan görüşmələr zamanı Türkiyə Azərbaycanın yanında yer alır. 1988-1994 dönəmlərində işğalçı Ermənistana Türkiyə öz sərhəd qapılarını başlayıb və hələ də bağlı qalmaqdadır. Türkiyə Ermənistanla münasibətlərin Azərbaycanla sülhdən keçərək normallaşacağını bəyan edib. Zəngəzur dəhlizi sadəcə Azərbaycan və Türkiyə arasında quru yolu bağlantısı deyil. Dəhliz Türküstan coğrafiyası və Türkiyənin quru yolu ilə bağlantısını təmin edəcək. Bütün bunlar bir çox ölkəni narahat edir. Yeni dünya düzənində Zəngəzur dəhlizinin rolu olduqca böyük olacaq".

Politoloq deyib ki, Türkiyə öz milli müdafiə sənayesi və silah istehsalına başlayıb:

"Artıq NATO-ya bağlı bir gücə sahib deyil. Hazırda Türkiyə öz təyyarələrini istehsal edəcək qədər güclüdür. Türkiyə milli raket, və HHM sistemi ilə son zamanlar ciddi irəliləyiş əldə edib. London və Pekin arasında qurulan yeni dünya sistemində Türk Dövlətləri Təşkilatının üçüncü qütb olacağı düşünülür. Dünya bir daha anladı ki, Orta Şərq dünyası başda olmaqla, Türkiyənin olduğu hər regionda onsuz addım atıla bilməz. ABŞ-ın yeni seçilən prezidenti Tramp Türkiyənin Suriya məsələsindəki siyasətini qəbul edib. Önümüzdəki zamanda Rusiya-Ukrayna münaqişəsinin bitməsi üçün ediləcək görüşmələrdə Türkiyənin təşkilatlandırıcı ölkə olmasının vacibliyi dövlət başçıları tərəfindən bildirilib. Türkiyə regionda sülhün təminatıdır. Bu da Aİ və NATO-nun Türkiyəni uzaqlaşdırması ilə ortaya çıxdı. Türkiyə bağımsız xarici siyasəti seçdi. 
Türkiyəni qarşısına alan, düşman kimi davranan ölkələr itirib və itirməyə məhkumdur".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top