"Qərbi Azərbaycana qayıdış bizim üçün prioritet məsələlərdən biridir. Ermənistan hakimiyyəti və şəxsən Baş nazir Paşinyan manipulyasiya etsə də, Azərbaycan bu məsələdə israrlı olduğu qədər də haqlıdır. Azərbaycan Prezidentinin yerli televiziyalara müsahibəsində Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə xüsusi yanaşması Ermənistanda bir təşviş yaradıb. Paşinyan buna ritorik şəkildə yanaşa bilər, amma Qərbi Azərbaycan dedikdə bütün dünya bilir ki, biz nədən danışırıq".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib.
O xatırladıb ki, indiki Ermənistan Azərbaycanın qərbində olan tarixi torpaqlarımızda yaradılıb:
"Bu, bir tarixdir və faktlarla sübut olunur. İrəvandan başlamış Qərbi Zəngəzurun verilməsinə, o cümlədən sovet hakimiyyətinin sonrakı illərində verilən torpaqlarla bağlı ortada təkzibolunmaz sənədlər var. Bunun nəticəsində də Azərbaycanın digər bölgələri Naxçıvandan ayrı düşüb.
Biz kiminsə torpağına, ərazi bütövlüyünə qəsd etmirik. Öz tarixi vətənimizə qayıtmağı iddia edirik. Ötən əsrin sonlarında 300 mindən artıq soydaşımız erməni qırğınına məruz qalıb, yurd-yuvalarından didərgin düşüb. Milli-mədəni, dini, tarixi abidələrimiz, kəndlərimiz, yurdlarımız dağıdılıb. Ermənistan bütün bunlara görə məsuliyyət daşımalı və cavab verməlidir".
Onun sözlərinə görə, Qərbi Azərbaycana qayıdışla bağlı ciddi addımlar atılır:
"Bu, dövlətin diqqətində olan xüsusi məsələdir. Bu istiqamətdə Qərbi Azərbaycan İcmasının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Müzakirələr, beynəlxalq müstəvidə tədbirlərin təşkili, kəndlər üzrə icmaların yaradılması, BMT katibliyi tərəfindən Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılması xüsusi əhəmiyyət daşıyır. Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması vaxtında atılmış addımdır".
Rəfail Becanov qeyd edib ki, Azərbaycan mediasının Qərbi Azərbaycan məsələsinə həssaslığı və informasiyaların, müxtəlif tarixi araşdırmaların hazırlanması və yayılması çox önəmli məsələdir:
"Biz bütün gücümüzlə bu məsələyə dəstək verməli və Qərbi Azərbaycan məsələsinin qlobal informasiya sisteminin gündəmində olmasına nail olmalıyıq. Şübhəsiz ki, media resurslarımız və jurnalistlərimiz bu istiqamətdə fəal işləyirlər. Amma daha da güclü və sistemli şəkildə bunun təşkilinə ehtiyac vardır.
Medianın üzərinə düşən vəzifələrdən biri Qərbi Azərbaycanla bağlı tarixi-araşdırma materialların hazırlanmasıdır. Əslində, Qərbi Azərbaycanın bizim torpaqlarımız və tarixi vətənimiz olmasını sübut etməyə ehtiyac yoxdur. Lakin dünyada mövcud ikili yanaşma, bəzi beynəlxalq təşkilatların reallıqdan uzaq olması və həqiqətləri qəbul etməməsi bizi məcbur edir ki, ermənilərin (hayların) o torpaqlara sonradan müxtəlif imperiyalar tərəfindən köçürülməsi ilə bağlı daha çox yazaq, danışaq və tarixi faktları dünya ictimaiyyətinin diqqətinə çatdıraq".
Əfsanə Kamal
Demokrat.az