Qazaxda siçan dərmanından ölən qadınla bağlı TƏBİB-dən AÇIQLAMA

GÜNDƏM 12 yanvar 2025, 22:25
Qazaxda qadının dərmandan zəhərlənməsinə TƏBİB-dən açıqlama verilib.

TƏBIB-dən Demokrat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 12.01.2025-ci il tarixində saat 16:30-da 2000-cil təvvəlüdlü şəxsin (qadın cinsli) gəmiricilər əleyhinə kimyəvi dərman zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

Dərhal çağırış ünvanına briqada cəlb olunub.

Lakin Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunarkən şəxsin ölüm faktı qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 yanvar 2025, 20:32
Top