İddia: Türkiyə S-400 HHM sistemini HAKİM 100 Hava Komanda-İdarəetmə Sisteminə inteqrasiya edib

DÜNYA 11 yanvar 2025, 23:58
Ortaya çıxan xəbərlərə görə, Türkiyə Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemini ASELSAN tərəfindən hazırlanan HAKİM 100 Hava Komanda-İdarəetmə Sisteminə inteqrasiya edib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bu yaxınlarda müxtəlif media qurumlarında yer alan iddiaya görə, Türkiyə Rusiyadan aldığı S-400 HHM sistemini ASELSAN tərəfindən hazırlanan HAKİM 100 Hava Komanda-İdarəetmə Sisteminə inteqrasiya edib.

Bu iddianın arxasında isə Hava Komanda-İdarəetmə Sisteminə aid olduğu bildirilən yeni məhsul broşürü yer alır.

HAKİM 100 sistemi ASELSAN tərəfindən hazırlanan, NATO və beynəlxalq standartlara uyğun olaraq qısa, orta və uzun mənzilli HHM sistemlərini inteqrasiya edən komanda-idarəetmə platformasıdır.

İddiaya baxmayaraq, hələlik bu inteqrasiyanın rəsmi təsdiqi və ya təkzibi yoxdur. 2019-cu ildə Rusiyadan alınan S-400 sistemi o vaxtdan etibarən aktiv istifadə olunmur.

Türkiyənin S-400 alması ABŞ ilə müdafiə əlaqələrində ciddi gərginliyə səbəb olub. Vaşinqton bu sistemin F-35 döyüş təyyarələrinin təhlükəsizliyini təhlükə altına sala biləcəyini iddia edərək, Türkiyəni F-35 proqramından çıxarıb və təhvil verilməsi planlaşdırılan 100 ədəd F-35 döyüş təyyarəsini ləğv edib.

Türkiyə isə ABŞ ilə “Patriot” HHM sistemi ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra S-400 almağa üz tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 yanvar 2025, 00:38
Top