"Makronun ittihamlarında yeni bir şey yoxdur. Sadəcə Makron İrəvanın, İrəvan da Makronun dilində danışır. Prezident İlham Əliyev Yeni İl təbrikində əsas məqamların hamısını dilə gətirdi.
Bildirdi ki, Ermənistan xarici qüvvələrin fəallığı ilə çox təhlükəli yol seçib. Yenidən qarşıdurmanı regiona gətirmək İrəvana zorla təlqin olunur. Ermənistan Azərbaycanla qarşıdurma yaradacaq qədər güclü deyil.Onu ruhlandıran Paris, Vaşinqtonun, Avropa İttifaqının razılığı və verilən silah-sursatlardır. Onlar Azərbaycanı etnik təmizləmədə ittiham edirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
"Sosial şəbəkələrdə Ermənistanın birinci prezidentinin etirafları səslənir. Bunlar hamısı cinayət tərkibli işlərdir. Ölkədə sistemli şəkildə hansı xalq kobud, vəhşi münasibət bəslənirsə, bunlar nədən danışır?
25-30000 erməni öz xoşu ilə Qarabağı tərk edib. Bu da seperatçı rejimin tələbi olub ki, sonrada hay qaldırsınlar.Bu proseslərin hamısında Paris əvvəlcədən qeyri-sağlam mövqe tutur ki, Ermənistan üçün imtiyazlı vəziyyət yaratsın. Bunlar Ermənistana göstərilən ən lazımsız, ən zərərli dəstəkdir.Ermənistanın indiki halda ən yaxşı çıxış yolu Azərbaycan və Türkiyə ilə dialoqu davam etdirməkdir. Ermənistan zəif olduğu halda xarici qüvvələrə belə bağlayıb.Güya bu yolla siyasi proseslərdə üstünlük qazana bilər. Ermənistan hakimiyyətinin ağlı olsa, bu proseslərdən uzaq durar. Bölgədə olan reallığı anlayar.
Hazırda faktiki olaraq Ermənistan dövləti olsa da, proseslərdə iştirakı yoxdur. Bunlar ilk növbədə Ermənistanın özünü çıxılmaz vəziyyətə salır".
Əfsanə Kamal
Demokrat.az