"Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə obyektiv reallığa əsaslanan siyasət yürüdür" — AÇIQLAMA

GÜNDƏM 06 yanvar 2025, 15:00
"Azərbaycanla Avropa İttifaqının münasibətləri hər zaman yaxşı olub. Azərbaycan Avropa İttifaqı Şərq tərəfdaşlığı proqramı ilə yanaşı digər sahələrdə də əməkdaşlıq edir. Bu gün ölkəmizin Avropa İttifaqı ölkələri ilə təkbətək yaxşı münasibətləri var. Xüsusilə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. 

"Təəssüf ki, Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində kilid nöqtələrindən biri olduğunu bəzi imperialist dairələr qəbul etmək istəmirlər. Fransadakı bəlli mərkəzlərin təlimatlarını yerinə yetirən bəzi dairələr Azərbaycanla Avropa İttifaqı arasındakı körpüləri yandırmaq istəyirlər. AŞPA kimi qurumlar, ləyaqət və ədalət prinsipindən kənar olan insanlar Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətləri zədələmək üçün hər cür təxribatla məşğuldurlar. Bütün bunlar səmərəli effekt verə bilməz. Çünki Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə dürüst, səmimi, obyektiv reallığa əsaslanan siyasət yürüdür. Azərbaycana qarşı bəlli mərkəzlərin həyata keçirdiyi "fake news" hücumlar, siyasi təzyiqlər ölkəmizin Aİ ilə münasibətlərində uçuruma səbəb ola bilmir. Əksinə, bu gün Aİ üzvü olan Macarıstan da daxil olmaqla bir çox ölkələrlə Azərbaycanın kifayət qədər yaxşı münasibətləri var".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top