Meymunlar bir kəndi ələ keçirdi, insanlara hücum etdi

DÜNYA 26 dekabr 2024, 22:13
Hindistanın Cammu və Kəşmir əyalətində makakalar (meymun) kəndi ələ keçirərək, yerli sakinlərə hücum edirlər. 

Demokrat.az xəbər verir ki, bu barədə "Daily Excelsior" yazıb.

Aqressiv primatlar son illərdə makaka populyasiyasının xeyli artdığı Caqanu kəndinin sakinlərinə hücum etməyə başlayıb, lakin hakimiyyət buna nəzarət etmək üçün heç bir tədbir görməyib.

Sakinlər şikayət edirlər ki, evdən çölə çıxanda heyvanların hücumu riski altında olurlar. 

Caqanu sakinləri hakimiyyətdən problemi həll etməyi tələb edirlər.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top