İlk 6 ayda 1 milyon suriyalı ölkəsinə qayıdacaq

DÜNYA 17 dekabr 2024, 20:30
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi 2025-ci ilin ilk yarısında 1 milyon suriyalının öz ölkələrinə qayıda biləcəyini proqnozlaşdırır.

Demokrat.az
xəbər verir ki, agentlik rəsmi xəbərdarlıq edib ki, ölkələr qaçqınları zorla geri göndərməməlidir.

BMT-dən gələn rəsmi açıqlamaya görə, təxminən 1 milyon suriyalı yanvar-iyun aylarında öz ölkələrinə qayıdacaq.

Rəsmilər vətəndaş müharibəsi başlayandan bu yana 1 milyon insanın ölkə daxilində didərgin düşdüyünü bildiriblər.

Rejim dəyişikliyindən dərhal sonra minlərlə insan əsasən Türkiyə, Livan İordaniyaya qaçmışdı.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 aprel 2025, 11:00
Top