Bərdə rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 2008-ci il təvəllüdlü Mirsaleh Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, bu ilin avqustun 27-də saat 22 radələrində Bərdə rayonu ərazisində 2000-ci il təvəllüdlü Bəhmən Hüseynovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 2008-ci il təvəllüdlü Mirsaleh Hüseynovun aralarında yaranmış mubahisə zamanı Bəhmən Hüseynova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Mirsaleh Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, qətlə yetirilən Bəhmən Hüseynov Qarabağda keçirilən “Qisas” əməliyyatında iştirak edibmiş. Bəhmən Hüseynov bir il əvvəl əsgərlikdən qayıdıbmış.
Hadisə isə şəxsi münasibətlər zəminində baş verib. Məlumat üçün bildirək ki, cinayət axşam saatlarında Bərdə qəbiristanlığında qeydə alınıb. 2008-ci il təvəllüdlü Mirsaleh Firdovsi oğlu Hüseynov kəsici alətlə 2002-ci il təvəllüdlü Bəhmən Bəxtiyar oğlu Hüseynovu qətlə yetirib.
Fariz Məlikli
Demokrat.az