Sumqayıt şəhərində 1974-cü il təvəllüdlü Bəhlul ailə münasibətləri zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülərə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəhlul 29 yanvar 2022-ci ildə, saat 20 radələrində kirayə yaşadıqları Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən fərdi yaşayış evində faktiki nikah münasibətində olduğu Gülər ilə sonuncunun qardaşıgildən ona xəbər etmədən gəlməsinə iradını bildirib.
Ailə-məişət zəminində mübahisə edərək azyaşlı uşaqlarının, həmçinin gəlininin gözü qarşısında onu vurmağa başlayıb. Sonuncuların araya girməsindən istifadə edən Gülər əlindən çıxaraq yataq otağına keçib.
Daha sonra Bəhlul cinayətkar niyyətini davam etdirərək arvadının arxasınca yataq otağına girib və yenidən azyaşlı uşaqlarının gözü qarşısında onların analarına xətər yetirməməsi barədə yalvarışlarına məhəl qoymayıb, ona zərbələr vurub.
Hadisəni törədən Bəhlulun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Gülər onun keçmiş arvadıdır: “Gülər ilə təxminən 15 il əvvəl ailə həyatı qurmuşam, bu evlilikdən üç övladımız dünyaya gəlib. Arvadım Gülər, övladlarım – Samirə, Cəlal, Ceyhun, ögey oğlum Süleyman və onun arvadı Sahilə ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən fərdi yaşayış evində kirayədə yaşamışıq. Fəhlə kimi işləyərək ailəmi dolandırmışam. Qazancım normal olmadığından, maddi çətinliklərim olduğundan evdə Gülər ilə bəzən ailədaxili mübahisələrimiz olub”.
Bəhlul qeyd edib ki, 29 yanvar 2022-ci ildə, təxminən saat 18 radələrində yaşadığı evdə olduğu zaman arvadı Gülər gəlini Sahilə ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yaşayan Gülərin qardaşı Əlinin evinə xəstə olduğundan ona baş çəkməyə gediblər: “Təxminən saat 20 radələrində Gülərə zəng vurdum, harada olduqlarını soruşdum. Gülər isə Sahilə ilə birlikdə yaşadığımız evə gəlmək üçün çıxdıqlarını dedi. Mən Gülərə gələrək onları evə gətirməyi təklif etsəm də, Gülər buna razı olmadı, özlərinin gələcəklərini dedi. Bir müddətdən sonra Gülər və Sahilə yaşadığımız evə gəldilər. Gülər evə gəldikdən sonra onunla mübahisə edərək nə üçün onu gətirməyimi icazə vermədiyini dedim. Gülər isə mənimlə əsəbi halda danışaraq özlərinin gələ bildikləri üçün elə dediyini bildirdi. Gülərin rəftarı mənə pis təsir etdiyindən onunla mübahisə etməyə başladım. Həmin vaxt evdə qızım və oğlum olub, onlar da yatıblar. Bizim də səs-küyümüzə uşaqlar da oyandı, onlar yanıma gəldilər. Mübahisə zamanı əsəbiləşdiyimdən əlim ilə Gülərin sol gözünə vurdum. Həmin vaxt Gülər gözünü tutdu və sonuncunun gözündən qan axmağa başladı. Bundan sonra Sahilə tanımadığım taksi çağıraraq Güləri Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına apardı. Sonradan isə Gülərin qardaşı Əli onu Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz xəstəxanasına apardı, orada Gülər gözündən əməliyyat olundu. Sonradan bildim ki, Gülərin sol gözü görmə qabiliyyətini tamamilə itirib”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhlul 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli
Demokrat.az