Külək enerjisi layihələri genişləndikcə turbinlərin yaşayış məntəqələrindən hansı məsafədə yerləşdirilməli olduğu ilə bağlı müzakirələr də artır. Əsas narahatlıqlar arasında qanadların qırılması, buz parçalarının ətrafa səpələnməsi, səs-küy və insan sağlamlığına mümkün təsirlər yer alır.
Demokrat.az xəbər verir ki, elmi araşdırmalar külək turbinləri ilə bağlı risklərin tamamilə sıfır olmadığını, lakin təhlükəsizlik qaydalarına əməl edildiyi halda ümumi risk səviyyəsinin aşağı olduğunu göstərir.
Bununla bağlı ən diqqətçəkən hadisələrdən biri 2025-ci ildə Yaponiyanın Akita şəhərində baş verib. Külək turbinindən qopan qanad hissəsinin 81 yaşlı şəxsin üzərinə düşməsi nəticəsində o, həyatını itirib. Rəsmilər hadisənin turbindən onlarla metr uzaqlıqda baş verdiyini bildiriblər.
Müasir külək turbinləri kifayət qədər böyük ölçülərə malikdir. Orta hesabla onların gövdəsinin hündürlüyü 106 metrə, qanadların əhatə etdiyi dairənin diametri isə 137 metrə çata bilir.
2025-ci ildə ABŞ-ın Kanzas ştatında ildırım nəticəsində qanadları zədələnən turbinlə bağlı aparılan araşdırmada bəzi hissələrin 792 metrdən uzağa düşdüyü müəyyən edilib. Bununla belə, tədqiqat zamanı kiçik hissələrin insanlara ciddi xəsarət yetirəcək kinetik enerjiyə malik olmadığı, iri hissələrin isə əsasən turbinin yaxın ətrafına düşdüyü müəyyənləşdirilib.
2024-cü ildə Ayova ştatında baş verən tornado zamanı da altı külək turbininin ciddi şəkildə zədələnməsinə baxmayaraq, hadisə nəticəsində xəsarət alan olmayıb.
Təhlükəsizlik məsafəsi mühüm amildir
Turbinlərdən qopan buz parçalarının avtomobil yollarına və ətraf ərazilərə düşməsi ehtimalı da təhlükəsizlik hesablamalarında nəzərə alınır. Bu səbəbdən turbinlərlə yaşayış binaları və yollar arasında müəyyən məsafənin saxlanılması vacib hesab olunur.
ABŞ-da bütün ölkə üçün vahid təhlükəsizlik məsafəsi müəyyən edilməyib. Bunun əvəzinə bir sıra yerli qurumlar turbinin hündürlüyünün təxminən 1,1 misli qədər məsafə tələb edir. Orta ölçülü turbin üçün bu məsafə təxminən 192 metr təşkil edə bilər.
Turbinlər sağlamlığa zərər verirmi?
Külək turbinləri ətrafında müzakirə olunan məsələlər yalnız fiziki qəza riskləri ilə məhdudlaşmır. Aşağı tezlikli səslər və infrasəsin müxtəlif sağlamlıq problemlərinə səbəb olduğu iddiaları da uzun müddətdir gündəmdədir.
Bununla belə, genişmiqyaslı araşdırmalar bu iddiaları təsdiqləməyib. 2026-cı ildə yayımlanan və 120 min ailəni on ildən artıq müddətdə izləyən araşdırmada turbinlərin yaxınlığında yaşayan insanlarda fiziki və ya psixi sağlamlıq baxımından nəzərəçarpacaq pisləşmə müəyyən edilməyib.
Niderlandda 350-560 min nəfərin tibbi məlumatlarının araşdırıldığı başqa bir tədqiqatda da oxşar nəticələr əldə olunub. Turbinlərə yaxın yaşamaqla ciddi sağlamlıq problemləri arasında güclü əlaqə aşkarlanmayıb.
Səs-küy və kölgə effekti
Külək turbinlərinin yaratdığı səs də müzakirə olunan əsas məsələlərdəndir. Təxminən 305 metr məsafədən eşidilən səsin əksər hallarda soyuducunun zəif uğultusuna bənzədiyi bildirilir.
Kanadada 2025-ci ildə aparılan araşdırmada bu səviyyədə turbin səsinin ciddi yuxu problemləri ilə əlaqələndirilməsi mümkün olmayıb. Yaponiyada aparılan başqa bir araşdırma isə həm turbin səsinin, həm də qanadların yaratdığı kölgə effektinin zaman keçdikcə insanları daha az narahat etdiyini göstərib.
Təxminən 10 illik müşahidələr ərazidə yaşayan insanların bu cür ekoloji təsirlərə müəyyən dərəcədə uyğunlaşa bildiyini göstərib.
Ümumilikdə, araşdırmalar külək turbinlərinin tamamilə risksiz olmadığını, lakin ciddi qəzaların nadir baş verdiyini göstərir. Təhlükəsizlik məsafələrinin düzgün müəyyənləşdirilməsi, turbinlərin texniki vəziyyətinə nəzarət və müntəzəm texniki xidmət fiziki risklərin azaldılmasında əsas amillər hesab olunur.
Jalə
Demokrat.az