Lazeroloqluqdan həkimliyə — Ülviyyə İlyasova kimdir?

SOSİAL 27 noyabr 2024, 15:27
Ülviyyə İlyasovanın 35 yaşlı Bəsti Hacıyevanı liposaksiya əməliyyatı etdikdən sonra vəziyyətinin pisləşdiyi bildirilir. Həmçinin Aktrisa Mila Bekova da Ülviyyə İlyasovanın etdiyi əməliyyatdan sonra səhhətində ciddi problemlər yarandığını, bədəninə çirk yığıldığını deyib.

Ülviyyə İlyasovanın 2 il öncə lazeroloq kimi fəaliyyət göstərdiyi məlum olub. Bunu onun əvvəl müştərisi olmuş şəxslər təsdiqləyib.

Demokrat.az xəbər verir ki, big.az saytı Ülviyyə İlyasova ilə əlaqə saxlayıb.

Həmin şəxs əvvəlcə Ülviyyə xanımın yaxını olduğunu, bu nömrəni Ülviyyə İlyasovanın artıq istifadə etmədiyini deyib. O bildirib ki, jurnalistin sualını Ülviyyə xanıma çatdırmağa hazırdır. Lakin sualı eşidəndən sonra Ülviyyə xanımı tanımadığını, bu nömrənin ona satıldığını deyib.

Qeyd edək ki, Ülviyyə İlyasova efirdə artıq həkim kimi fəaliyyət göstərmədiyini desə də, aktrisa Mila Bekova bunun yalan olduğunu qeyd edib.

Ülviyyə İlyasova bu ilin aprel ayında eltisi Səbirə Vəliyevanı əməliyyat etdikdən sonra ölüb.

Xatırladaq ki, son günlər saxta həkimlərlə mübarizə aparan Amerikada yaşayan jurnalist Qənirə Ataşova dəfələrlə  Ülviyyə İlyasova  adlı həkimin bir qadının ağır vəziyyətə düşməsində səbəbkar olduğunu  iddia edib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 noyabr 2024, 17:24
Top