Qazaxın işğaldan azad edilən kəndlərinin sərhədinə belə nəzarət olunur — FOTOLAR

SİYASƏT 22 noyabr 2024, 12:34

Azərbaycan-Ermənistan şərti sərhəddində yerləşən, uzun müddət Ermənistan işğalı altında qalmış Qazax rayonunun 4 kəndində minə yaxın müşahidə-nəzarət kameraları quraşdırılıb.

Bu barədə "Qazax" əlahiddə sərhəd diviziyasına səfər edən jurnalistlərə diviziya komandiri, general-mayor Misir Əliyev məlumat verib.

Qazaxın işğaldan azad edilmiş Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndlərində quraşdırılan müşahidə-nəzarət kameraları Ermənistanla şərti sərhəddin böyük hissəsi və Gürcüstan respublikası ilə sərhəddin bir hissəsinə nəzarət edir.

Uzaqdan idarə olunan kameralar əməliyyat şəraitinə tam nəzarət edilməsinə böyük dəstək verir”, - deyə general bildirib. (Bizim.Media )



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top