Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib

GÜNDƏM 17 noyabr 2024, 21:58
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.

Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 noyabr 2024, 23:30
17 noyabr 2024, 20:45
Top